İran Xarici İşlər Nazirliyi ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsini terror aktı adlandırıb.
Hit.az "Report"-a istinadən xəbər verir ki, bu barədə İran KİV-i XİN-in bəyanatına istinadən məlumat yayıb.
Bununla əlaqədar İran BMT Təhlükəsizlik Şurasını və digər beynəlxalq təşkilatları Laricaninin öldürülməsində əli olan şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb.
"Bu cür terror aktları nəinki İran millətinin təhlükəsizliyin qorunması və milli maraqların müdafiəsi ilə bağlı dəmir iradəsini sarsıtmayacaq, həm də xalqın və rəsmilərin vətəni müdafiə etmək əzmini daha da artıracaq", - bəyanatda qeyd olunub.


