İsrailin rəsmi qurum və şəxsləri İranın kəşfiyyat naziri İsmayıl Xətibinin öldürülməsi barədə məlumatlar yayıblar.
Hit.az “Yeni Sabah”a istinadən xəbər verir ki, İsrailin müdafiə naziri İsrail Katz mətbuatın bununla bağlı yazdıqlarını təsdiqləyib.
O bildirib ki, İ.Xətib öldürülüb. Nazir həmçinin, əlavə sürprizlərin gözlənildiyini də deyib.
İsrail Müdafiə Qüvvələri də İsmayıl Xətibinin öldürülməsi barədə məlumat yayıb. Bildirilib ki, o, İsrail ordusunun Tehrana hava zərbələri nəticəsində ölüb. Qeyd edək ki, İsmayıl Xətibi 2021-ci ildə Ali Rəhbər Əli Xamenei tərəfindən Kəşfiyyat naziri təyin edilmişdi.


