2007-ci ilə geri dönüş: Moskvada mobil internetin bloklanması səbəbindən SMS-ə qayıdırlar

DÜNYA
18:15 / 18.03.2026
46

Moskvada mobil internetin bloklanması səbəbindən mobil rabitə istifadəçiləri yenidən SMS yazışmalarına keçirlər. 

HİT.az xəbər verir ki, bu barədə Rusiyanın “RBK” nəşri məlumat yayıb.

Məlumata görə, mart ayının əvvəlindən etibarən paytaxt sakinləri mobil internetin işində genişmiqyaslı və uzunmüddətli məhdudiyyətlərlə üzləşiblər. Yalnız “ağ siyahı”ya daxil edilən – Kremlin ən vacib və sosial əhəmiyyətli hesab etdiyi xidmətlərin saytlarına giriş açıq qalıb.

Eyni zamanda, martın 12-dən etibarən Rusiyada ən populyar messencerlərdən biri olan “Telegram”ın fəaliyyəti də yavaşıdılıb. Bu səbəbdən mesaj göndərmək çətinləşib, foto və videoların yüklənməsi isə demək olar ki, dayanıb.

Rusiya mobil operatorlarının məlumatına görə, bu vəziyyət fonunda moskvalılar SMS istifadəsini 15,5% artırıblar. Gələn və gedən zənglərin müddəti isə müvafiq olaraq 75% və 80% artıb. Bununla yanaşı, 2025-ci ilin mart ayının ilk yarısı ilə müqayisədə internet trafiki istifadəsi 16% azalıb.

Samir
 

0