ÜST İranda gərginliyin artması fonunda nüvə fəlakətinə hazırlaşır

DÜNYA
18:00 / 18.03.2026
44

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmiləri ABŞ və İsrailin İrana qarşı müharibəsi daha da gərginləşərsə nüvə fəlakətinə hazırlıq görür. 

HİT.az-ın məlumatına görə, Şərqi Aralıq Dənizi regionu üzrə ÜST Regional Direktoru Xanan Balki “Politico”ya müsahibəsində bildirib ki, təşkilat nüvə silahının istifadəsi və ya nüvə obyektinə hücum ssenarisini nəzərdən keçirir.

“Ən pis ssenari nüvə insidenti ola bilər və məhz bu, bizi ən çox narahat edir. Hər nə qədər hazırlıq görsək də, baş verəcəyi təqdirdə bölgəyə və bütün dünyaya dəyəcək ziyan qarşısını almaq mümkün olmayacaq və nəticələr onilliklər boyu hiss olunacaq”, deyə Balki bildirib.

O əlavə edib ki, ÜST əməkdaşları nüvə insidentinə geniş mənada, yəni nüvə obyektinə hücum və ya nüvə silahının istifadəsini nəzərə alaraq hazırdır, lakin buna ümid edirlər ki, belə bir şey baş verməyəcək.

Balki vurğulayıb ki, hazırda Yaxın Şərqdə radioaktiv çirklənmə əlamətləri qeydə alınmayıb. Lakin radiasiya səviyyəsinin artması dərhal ağciyər və dəri zədələrinə səbəb ola, həmçinin xərçəng və psixi sağlamlıq problemləri riskini artıracaq.

“Keçmiş hadisələrin, qəsdən və ya təsadüfi nüvə insidentlərinin tarixçəsini oxuyan hər kəs nə demək istədiyimizi yaxşı anlayır”, deyə o əlavə edib.

ÜST həmçinin əməkdaşlarının nüvə insidentinə cavab hazırlığı üzrə təlimlərini yenidən keçirir, o cümlədən rəsmi şəxslərə ictimai sağlamlıq riskləri və insanların özünü qorumaq üçün atmalı olduğu addımlar barədə tövsiyələr verir.

2025-ci ilin iyun ayında ABŞ İrana qarşı xüsusi əməliyyat keçirərək ölkədəki üç nüvə obyektinə – Fordo, Natanze və İsfahan – zərbə endirib.

2026-cı ilin martın 3-də İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, 2025-ci ilin iyun zərbələrindən sonra İran hərbçiləri və mütəxəssisləri yeni obyektlərin, o cümlədən “yeraltı bunker”lərin inşasına başlayıblar, burada ballistik raketlər və nüvə bombaları hazırlanmış ola bilər, və İranın nüvə potensialının bir neçə ay ərzində “vulnerabil olmayan” səviyyəyə çatacağı gözlənilir.

Samir

0