Kevin Speysi seksual təcavüz iddiaları üzrə işləri məhkəmədən kənarda həll etdi

DÜNYA
20:43 / 19.03.2026
45

Amerikalı aktyor Kevin Speysi ona qarşı qaldırılmış üç seksual təcavüz iddiasını məhkəmədənkənar şəkildə razılaşma yolu ilə həll edib. Nəticədə bu iddialar üzrə bu il başlaması planlaşdırılan məhkəmə prosesləri baş tutmayacaq. 

HİT.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, iddiaçılardan biri sənədlərdə LNP kimi göstərilir və o, 2000–2005-ci illər arasında aktyorun ona qarşı təxminən 12 dəfə “qəsdən seksual xarakterli hərəkətlər” etdiyini iddia edib. Digər iddiaçı, GHI, Kevin Speysi ilə Londondakı “Old Vic” teatrında tanış olduğunu bildirib. Həmin dövrdə aktyor bu teatrın bədii rəhbəri olub (2004–2013). O, Speysi tərəfindən zorakı hərəkətlərə məruz qaldığını və bunun nəticəsində psixoloji travma və maliyyə zərəri aldığını deyib.

Üçüncü iddiaçı, Ruari Kannon isə adını açıqlayaraq bildirib ki, 2013-cü ildə “Old Vic” teatrında keçirilən aktyor məclisində Kevin Speysi ona qarşı toxunma (əlləmə) hərəkətləri edib. Aktyor isə bu iddiaların hamısını rədd edərək onların “gülünc” olduğunu və belə hadisələrin baş vermədiyini bildirib.

Kevin Speysi son illərdə bir neçə dəfə oxşar ittihamlarla üzləşib. İlk belə iddia 2017-ci ildə aktyor Entoni Rapp tərəfindən irəli sürülüb. O, Speysinin 1986-cı ildə ona qarşı təcavüz etdiyini iddia edib. Həmin dövrdə “Kartlar evi” serialının bəzi iştirakçıları da aktyoru oxşar davranışlarda ittiham ediblər.

2023-cü ildə məhkəmə Kevin Speysini bu ittihamlar üzrə təqsirsiz hesab edib. Bu hadisələr nəticəsində aktyor bir sıra layihələrdə rollarını itirib və “Kartlar evi” serialının son mövsümündə çəkilişlərdən uzaqlaşdırılıb.

Samir
 

0