Lukaşenko Sülh Şurasının iclasında iştirak edəcəyini vəd edib

DÜNYA
17:25 / 19.03.2026
47

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampın dəvəti ilə “Sülh Şurası”nın iclaslarından birində iştirak etməyə razılaşıb. 

HİT.az xəbər verir ki, bu barədə Minskə səfər edən ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koul Belarus lideri ilə aparılan danışıqlardan sonra bildirib.

Koul qeyd edib ki, əvvəlcə Lukaşenkonun Vaşinqtonda keçirilən “Sülh Şurası”nın iclasında iştirak edə bilməməsi məyusluq yaradıb. Lakin Donald Tramp onun gələcək iclaslarda iştirakını təklif edib və bu məsələ müzakirə olunub.

“Prezident Lukaşenko “Sülh Şurası”nın iclaslarından birində iştirak edəcəyini təsdiqlədi”, deyə Con Koul əlavə edib.

ABŞ prezidenti Donald Tramp tərəfindən yaradılan “Sülh Şurası”nın ilk iclası 19 fevralda Vaşinqtonda keçirilib. Tədbirdə iyirmiyə yaxın ölkənin nümayəndələri iştirak edib. “BELTA” agentliyinin məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenkoya da dəvət göndərilib, lakin o, əvvəlcədən planlaşdırılmış iş qrafiki səbəbindən iclasa qatıla bilməyib.

Samir

0