ABŞ-ə məxsus "F-16" qırıcı təyyarəsi İran hava məkanında zədə aldıqdan sonra Səudiyyə Ərəbistanı ərazisində məcburi eniş edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Hərbi təyyarə Səudiyyə Ərəbistanının qərb hissəsində yerləşən bazaya enib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkələrdə yaydığı məlumatda qırıcının İrana qarşı əməliyyat çərçivəsində döyüş tapşırığını bitirdikdən sonra Yaxın Şərqdəki bazalardan birinə yön aldığını təsdiq edib, ancaq insidentin əlavə detallarını açıqlamayıb.


