Müğənni Selenа Qomez bipolyar pozuntunun nəticələri ilə üzləşdiyini bildirib.
HİT.az xəbər verir ki, bu barədə “The News” nəşri məlumat yayıb.
"Böyük qürurla deyə bilərəm ki, məndə maniya dövrləri olur. Bundan heç utanmıram, çünki indi bunu daha tez fərq edə bilirəm. Səni bu vəziyyətdə anlayan və dəstəkləyən bir partnyorun olması çox faydalıdır", deyə Qomez bildirib.
Qeyd edək ki, Selena Qomez ötən ilin 27 sentyabrında prodüser Benni Blanko ilə evlənib. Məşhurlar Kaliforniyada yerləşən “Sea Crest Nursery” mülkündə nikah bağlayıblar.
Samir


