Ukrayna Avropa İttifaqı və NATO-ya qoşulacağı təqdirdə Avropa üçün təhlükəsizlik zəmanəti verəcək.
HİT.az xəbər verir ki, Estoniya xarici işlər naziri Marqus Tsahkna bunu X sosial media platformasında yazıb.
"Bu, sadəcə Ukraynanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı deyil, misli görünməmiş hərbi təcrübəsi olan Ukraynanın Avropa üçün təhlükəsizlik zəmanəti verməsi ilə bağlıdır", deyə o qeyd edib.
Tsahknanın paylaşıma əlavə etdiyi müsahibədən bir hissədə o, Avropanın Ukraynadan təhlükəsizlik zəmanətinə ehtiyacı olduğunu qeyd edib, çünki ölkə hazırda regionda ən böyük, ən təsirli və ən təcrübəli hərbi qüvvədir.
Tsahkna vurğulayıb ki, indi Ukraynanın AB və NATO-ya inteqrasiyası üçün "tarixi an"dır. O vurğulayıb ki, əgər Ukrayna "boz zonada" qalarsa, bu, guya Rusiya prezidenti Vladimir Putinə "Avropaya qarşı təcavüzü davam etdirmək" üçün "yaşıl işıq" verəcək.
Samir


