"Bloomberg": Müttəfiqləri ABŞ-ın iştirakı olmadan Hörmüz boğazını açmağı planlaşdırır

DÜNYA
19:15 / 03.04.2026
45

Cümə axşamı 40-dan çox ABŞ müttəfiqi Vaşinqtonun iştirakı olmadan Hörmüz boğazında gəmiçiliyin bərpası planını müzakirə etmək üçün bir araya gəlib.

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.

Böyük Britaniya Tehranla diplomatik əlaqələri və qlobal enerji təchizatı üçün vacib dəniz yolunu açmaqdan imtina edərsə, mümkün sanksiyaları müzakirə etmək üçün Avropa, Yaxın Şərq və Asiyadan, eləcə də Avstraliya və Kanadadan nümayəndələri bir araya gətirib.

Görüşdə İrana qarşı sanksiyalar da daxil olmaqla mümkün iqtisadi tədbirlər, eləcə də BMT-nin regiondakı münaqişənin həlli üçün diplomatik səylərə cəlb edilməsi müzakirə olunub.

Bundan əvvəl təxminən 40 ölkə İranı Hörmüz boğazı ilə bağlı təhdidlərinə dərhal son qoymağa çağırıb.

Samir
 

0