Demokratik Respublikası Konqo ABŞ-dən deportasiya edilən üçüncü ölkə vətəndaşlarını qəbul edəcək.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu addım ABŞ administrasiyası ilə bağlanan yeni saziş çərçivəsində həyata keçiriləcək. Konqo Demokratik Respublikası hökuməti apreldən etibarən xarici vətəndaşları qəbul etməyi planlaşdırır. Lakin ölkə rəsmiləri qəbul ediləcək şəxslərin dəqiq sayını açıqlamayıb.
Bildirilir ki, ABŞ tərəfi bu şəxslərin Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada yerləşdirilməsi üçün ödəniş edəcək. Bunun üçün şəhər ətrafında deportasiya edilənlər üçün müvəqqəti yerləşdirmə mərkəzləri hazırlanacaq.
Keçən il ABŞ prezidenti andiçmə mərasimindən sonra etdiyi ilk çıxışında ölkəyə qeyri-qanuni miqrant axınının dayandırılacağını və milyonlarla miqrantın deportasiya ediləcəyini vəd etmişdi. O, Meksika ilə sərhəddəki vəziyyətlə bağlı fövqəladə rejim tətbiq edəcəyi və ora hərbi qüvvə göndərə biləcəyi ilə hədələyib. Onun administrasiyası qeyri-qanuni miqrantların məhkəmə qərarı olmadan deportasiyasına icazə verib. ABŞ artıq Salvador, Kosta-Rika, Qana, Kamerun və Ekvatorial Qvineya ilə deportasiya edilənlərin göndərilməsi barədə razılaşmalar əldə edib.
Samir


