ABŞ Hərbi Dəniz Qüvvələri döyüş gəmilərinin “Patriot PAC-3 MSE” zenit raketləri ilə genişmiqyaslı yenidən silahlandırılmasını planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə "Militarnıy" ABŞ Müdafiə Nazirliyinin büdcə sənədlərinə istinadən məlumat yayıb.
2027-ci maliyyə ili üçün büdcə layihəsinə əsasən, donanma bu məqsədlə təxminən 1,7 milyard dollar xərcləməyi planlaşdırır. Bu vəsait hesabına 405 raketin alınması nəzərdə tutulur.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin hazırda klassik “Patriot” qurğuları yoxdur. Bu satınalma birbaşa “raketlərin ABŞ döyüş gəmilərində istifadə olunan Mk 41 şaquli buraxılış sistemlərinə inteqrasiyası” planı ilə bağlıdır. Bu isə esmineslərə ballistik hədəfləri daha səmərəli və daha ucuz məhv etmək imkanı verəcək.
Hazırda donanma nisbətən ucuz ələkeçirmə vasitələrinin çatışmazlığını hiss edir. Əsas istifadə olunan raketlər “SM-2” və “SM-6”dır və onların hər birinin qiyməti 2–3 milyon dolları keçir. 2026-cı ilin büdcəsində artıq 416 milyon dollar “yeni raketlərin gəmi sistemlərinə, o cümlədən "Aegis" döyüş idarəetmə sisteminə inteqrasiyası” üçün ayrılıb.
Samir


