ABC News: Ukrayna sərhədyanı dron müharibəsində ilk dəfə Rusiyanı üstələdi

DÜNYA
19:58 / 06.04.2026
42

Ukrayna 2022-ci ildən bəri ilk dəfə olaraq bir ay ərzində Rusiyaya qarşı daha çox sərhədlərarası hücum dronu buraxıb. 

HİT.az xəbər verir ki, bu barədə "ABC News" yazır.

Məlumata görə, bu nəticə Ukrayna Hərbi Hava Qüvvələri və Rusiya Müdafiə Nazirliyinin gündəlik açıqladığı statistik məlumatların təhlili əsasında əldə edilib.

Rusiya Müdafiə Nazirliyi mart ayı ərzində 7347 Ukrayna dronunun vurulduğunu bildirib. Bu, Moskvanın indiyədək açıqladığı ən yüksək aylıq göstəricidir və gündə orta hesabla 237 aparat deməkdir. Rusiya tərəfi yalnız vurulan dronların sayını açıqlayır.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə isə mart ayında ölkə ərazisinə 6462 Rusiya dronu və 138 raket hücumu həyata keçirilib. Onlardan 5833 dron və 102 raket – təxminən 90% dron və 74%-ə yaxın raket – ya məhv edilib, ya da zərərsizləşdirilib.

“Beləliklə, Kiyevin açıqladığı məlumatlara əsasən, mart ayında Ukrayna gündə orta hesabla 208-dən çox dron və 4 raket hücumu ilə üzləşib. ABC News Rusiya və Ukrayna tərəfindən yayılan məlumatları müstəqil şəkildə təsdiqləyə bilmir”, deyə materialda qeyd olunur.

Samir

0