Sibirdə yerləşən, maksimum 1620 metr dərinliyə malik Baykal gölü Olimpiya üzgüçülük hovuzunun ən dərin hissəsindən 800 dəfədən çox, La-Manş kanalından təxminən 10 dəfə və dünyanın ən hündür binası olan Bürc Xalifənin hündürlüyündən iki dəfə çox dərinlikdədir.
HİT.az xəbər verir ki, bu barədə "Discoverwildlife" yazır.
Maraqlıdır ki, bu böyük dərinliyin səbəbi Baykalın yer qabığının daim bir-birindən uzaqlaşdığı rif dərəsində yerləşməsidir. Bu isə o deməkdir ki, tektonik aktivlik davam etdikcə göl daha da dərinləşəcək.
Bununla belə, bu, UNESCO-nun Ümumdünya irsi siyahısına daxil olan obyektin yeganə özəlliyi deyil. Baykal təxminən 25 milyon il əvvəl formalaşıb və Yer kürəsinin ən qədim gölü hesab olunur. O, planetdəki bütün şirin su ehtiyatlarının beşdə birini özündə saxlayır.
Öz yaşı və izolyasiyası sayəsində burada Yer üzündə başqa heç yerdə rast gəlinməyən növlər yaşayır. Bunlara dünyanın yeganə şirin su suitisi olan baykal suitisi və şəffaf, pulcuqsuz baykal yağlı balığı (qolomyanka) daxildir.
Samir


