Avropa Mərkəzi Bankının (AMB) İcra Şurasının üzvü və Fransanın mərkəzi bankının nəzarət şurası sədr müavini Frank Elderson bildirib ki, Avropanın fosil yanacaqların idxalından davam edən asılılığı xüsusilə qiymətlərin kəskin artdığı şəraitdə ciddi risklər yaradır.
HİT.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazır.
Eldersonun fikrincə, bərpa olunan enerji mənbələrinə keçid böyük həcmdə investisiya tələb edir. O qeyd edir ki, Avropanın enerji asılılığı iqtisadiyyatın ən həssas nöqtələrindən birinə çevrilib, son enerji qiymət şokları isə Avropadan böyük maliyyə axınına səbəb olub, fövqəladə tədbirləri zəruri edib və dövlət maliyyəsinə təzyiq yaradıb.
FT materialına əsasən, Avropa hələ də idxal olunan fosil yanacaqlardan ən çox asılı olan inkişaf etmiş iqtisadiyyatlardan biridir. Yaxın Şərqdəki gərginlik də daxil olmaqla beynəlxalq vəziyyətin kəskinləşməsi enerji qiymətlərində yeni artıma səbəb olub. Avropa Mərkəzi Bankının proqnozlarına görə, bu vəziyyət inflyasiyanın sürətlənməsinə və iqtisadi artımın zəifləməsinə gətirib çıxaracaq.
Mart ayında Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirmişdi ki, neft və qaz qiymətlərində “sunami” Avropanı tezliklə “boşalda” bilər və buna səbəb kimi Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın “strateji səhvləri” göstərilir.
Samir


