Avropanın artan xarici siyasət uğursuzluqları — Ukraynaya maliyyə yardımının təmin edilməsində çətinliklərdən tutmuş İran müharibəsi ilə bağlı parçalanmış mövqeyə qədər — Avropa İttifaqında sistemik iflicin mövcud olduğunu göstərir.
HİT.az xəbər verir ki, bu barədə “Politico” siyasi birlik daxilindəki mənbələrə istinadən yazır.
Məqaləyə görə, Aİ-nin razılaşdırılmış qərarlar qəbul etməkdə çətinlik çəkməsi — məsələn, Kiyevə 90 milyard avroluq kreditin blokdan çıxarılması, İordan çayının qərb sahilindəki radikal məskunlaşmalara qarşı sanksiyalar və Rusiyaya qarşı tədbirlərin həyata keçirilməsi — sistemik iflicin göstəricisidir.
“Burada söhbət yalnız daxili prosedurlardan getmir: diplomatların sözlərinə görə, Yaxın Şərqdə eskalasiyanın artdığı, Rusiyanın Ukraynada müharibəsinin uzandığı və transatlantik münasibətlərin gərgin olduğu bir vaxtda Aİ qlobal qərarların onun sistemindən daha sürətli qəbul edildiyi mərhələdə kənarda qalmaq riski ilə üz-üzədir”, deyə “Politico” yazır.
Bu kontekstdə Almaniyanın xarici işlər naziri İohann Vadeful artıq Aİ-nin xarici siyasət məsələlərində yekdillik prinsipinin ləğvini təklif edib. İsveçin baş naziri Ulf Kristersson isə xarici siyasət qərarlarında ixtisaslaşdırılmış çoxluq (qualified majority) prinsipinin tətbiqi barədə müzakirələrin liderlər arasında yenidən gündəmə gələcəyini bildirib.
“Qərar qəbul etmə tərzimizdə ciddi problemlər var. Hər ay bu tendensiyanı göstərən yeni bir problem ortaya çıxır. Biz reaksiya verməliyik”, deyə Avropa Parlamentinin xarici işlər komitəsinin üzvü, sosialist deputat Naço Sançes Amor bildirib.
Samir


