Vens Rusiya ilə Ukrayna arasında dialoqun detallarını açıqladı

DÜNYA
17:45 / 08.04.2026
51

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Rusiya ilə Ukrayna arasında aparılan danışıqlar “bir neçə kvadrat kilometr” ərazi ətrafında cəmlənib. 

HİT.az xəbər verir ki, bu barədə o, Macarıstana səfəri zamanı danışıb. 

Siyasətçi konkret olaraq hansı ərazilərdən söhbət getdiyini dəqiqləşdirməyib:

"Biz müəyyən irəliləyiş əldə etmişik. Əlbəttə, hələ yekun nəticə yoxdur, lakin mən kifayət qədər nikbinəm".

Onun sözlərinə görə, hazırkı mərhələdə tərəflər ərazilər üzərində müxtəlif istiqamətlərdə mübahisə aparır.

Bundan əvvəl Vens qeyd edib ki, ABŞ Ukraynadakı münaqişə ilə bağlı bəzi Avropa ölkələrinin mövqeyindən məyusdur. Onun fikrincə, həmin ölkələr məhz bu münaqişənin həllində o qədər də maraqlı deyillər.

Samir

0