ABŞ Yaxın Şərqdə mövcudluğunu qorumağı planlaşdırır

DÜNYA
18:45 / 08.04.2026
49

Pentaqon rəhbəri Pit Heqset ABŞ-ın İranla sülh razılaşmasının şərtlərinin icrasını təmin etmək üçün Yaxın Şərqdə hərbi mövcudluğunu davam etdirmək niyyətində olduğunu bildirib.

HİT.az-ın məlumatına görə, o qeyd edib ki, ABŞ qüvvələri razılaşmanın icrasına nəzarət edəcək və İranın atəşkəs şərtlərinə əməl etməsini təmin etməyə çalışacaq.

"Biz İranın bu atəşkəsə əməl etməsini izləyəcəyik, daha sonra isə nəticə etibarilə danışıqlar masasına əyləşərək razılaşma imzalamasını təmin edəcəyik", deyə o bildirib.

Heqset əlavə edib ki, ABŞ hərbçiləri müdafiə və hücum üçün hazır vəziyyətdədir və lazım gəldikdə istənilən hədəfə qarşı əməliyyatları bərpa etməyə hazırdır.

Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp 7 apreldə İrana qarşı zərbələrin iki həftəlik dayandırılması ilə razılaşdığını bildirib. Onun sözlərinə görə, Vaşinqton Tehrandan münaqişənin həlli ilə bağlı 10 bəndlik təklif alıb və bu əsasda danışıqları davam etdirməyə hazırdır.

Daha sonra beynəlxalq agentliklərin məlumatına görə, İsrail də atəşkəsi dəstəkləyib. Lakin Livan ərazisində Hizbullaha qarşı əməliyyatlar bu razılaşmaya daxil edilmir. Eyni zamanda, ABŞ-ın Hörmüz boğazı üzərində İranın nəzarətini saxlamasına razı olduğu və Tehranın uranı zənginləşdirmə hüququnu tanıdığı bildirilir.

Samir

0