“İstənilən hücuma cavab verəcəyik” - Pezeşkian

DÜNYA
09:00 / 09.04.2026
51

“İstənilən hücuma cavab verəcəyik”.

Bunu İran Prezidenti Məsud Pezeşkian Pakistan Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı bildirib.

O qeyd edib ki, ölkəsi istənilən hücuma qarşılıq verməyə hazırdır.

İran Prezidenti vurğulayıb ki, ABŞ-nin keçmişdə beynəlxalq hüququ pozmasına baxmayaraq, Pakistanın atəşkəs təşəbbüsü Tehranın məsuliyyətli mövqeyini nümayiş etdirmək baxımından əhəmiyyətlidir:

“İran və ABŞ arasında əldə olunan atəşkəs razılaşmasına hər iki tərəf əməl etməlidir”.

O, Sirri adası və Lavan adası ərazilərinə edilən hücumların razılaşmanın pozulması olduğunu bildirib. Pezeşkianın sözlərinə görə, Tehranın irəli sürdüyü 10 şərtdən biri də Livan ərazisində atəşkəsin təmin edilməsidir: “İran istənilən hücuma cavab verəcək”, – deyə o əlavə edib.

Şahbaz Şərif də İsrailin Livana hücumlarının dayandırılmasının razılaşmanın bir hissəsi olmalı olduğunu bildirib və Pakistanın regionda sabitlik və sülhün təmin edilməsi üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb.

0