Dəniz ulduzları kimi bəzi dəniz canlıları Yer üzündəki heyvanlardan fərqli olaraq olduqca qeyri-adi görünüşə malikdir və sanki başqa planetdən gəlmiş kimi təsir bağışlayır.
HİT.az xəbər verir ki, "BBC Wildlife Magazine" bu barədə exinodermlər (Echinodermata) tipinə aid maraqlı məlumatlar təqdim edib. Bu qrupa dəniz ulduzları, dəniz kirpiləri, holoturiyalar və dəniz zanbaqları daxildir.
Nəşrin məlumatına görə, exinodermlərin səthində “pediselyariyalar” adlanan kiçik çıxıntılar olur. Bunlar hərəkətli mikroskopik strukturlardır və bəziləri sanki tutucu kiçik qısqaclara bənzəyir.
Ümumilikdə bu tipə aid təxminən 7 000 növ məlumdur və onların hamısı okeanda yaşayır. Onların əksəriyyəti süzərək qidalanan orqanizmlərdir: qida hissəciklərini su və ya dib çöküntüsündən ayırırlar.
Dəniz kirpiləri əsasən qayaların üzərindəki orqanizmlərlə qidalanır, dəniz ulduzları isə daha çox hər şeyi yeyən leşlərlə qidalanan canlılardır.
Exinodermlərin ən qeyri-adi xüsusiyyətlərindən biri onların bədən quruluşudur. Əksər heyvanlarda ikitərəfli simmetriya olduğu halda, bu canlılarda beş şüalı radial simmetriya mövcuddur.
Bu heyvanlar təkamül ağacında ayrıca bir qolu təmsil edir və ilk dəfə 500 milyon ildən çox əvvəl meydana çıxıblar. Ən qədim fosillər Kembri dövrünün təxminən 515–520 milyon il əvvəlinə aiddir.
Samir


