Estoniya Ermənistanda səfirlik açıb.
Hit.az bu barədə Estoniya XİN-in "X" hesabındakı paylaşımına istinadən xəbər verir.
"Ermənistanda Estoniya səfirliyinin açılması iki ölkə arasında münasibətlərdə etibarın, sadiqliyin və yeni səhifənin simvoluna çevrilib", - məlumatda bildirilib.
Daha əvvəl Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ölkəsinin 2026-cı ildə Azərbaycan da daxil olmaqla beş ölkədə səfirlik açmağı planlaşdırdığını bəyan etmişdi.


