"Politico": Aİ-nin Serbiyaya 1,5 milyard avro maliyyəni dayandırmaq ehtimalı var

DÜNYA
13:00 / 10.04.2026
53

Serbiya Avropa İttifaqından 1,5 milyard avro həcmində maliyyə vəsaitindən məhrum ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə Politico qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, səbəb kimi Serbiyanın Rusiya ilə yaxın münasibətləri göstərilir.

Serbiya Avropa İttifaqına üzv olmasa da, hüquqi islahatların həyata keçirilməsi üçün qrant və maliyyə dəstəyi almaq hüququna malikdir. Lakin adı açıqlanmayan bir Avropa rəsmisinin sözlərinə görə, Rusiya ilə əməkdaşlıq Brüsselin mövqeyini sərtləşdirməsinə səbəb olub.

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib ki, Serbiyanın maliyyələşmə şərtlərinə uyğunluğu hazırda qiymətləndirilir. Onun sözlərinə görə, ölkənin qanunvericiliyi məhkəmə sisteminin müstəqilliyini zəiflədir, həmçinin hökumətin media üzərində təzyiq göstərdiyi iddia olunur.

Serbiyanın Avropa İttifaqı yanında səfiri Daniel Apostoloviç isə ölkənin Avropa maliyyəsindən məhrum edilməyəcəyinə əmin olduğunu deyib. O, Belqrad ilə Brüssel arasında aktiv danışıqların davam etdiyini qeyd edib və Serbiyanın tamhüquqlu üzvlük hədəfindən imtina etmədiyini vurğulayıb.

Samir
 

0