ABŞ Prezidenti Donald Tramp özünün İsa Məsihə bənzəyən obrazda təsvir olunduğu fotoşəkil paylaşıb.
Hit.az Oxu.Az-a istinadən xəbər verir ki, o, həmin şəkli "Truth Social" sosial şəbəkəsindəki hesabında yayımlayıb.
Fotoda ağ xiton və qırmızı örtük geyinmiş Trampın ovcundan işıq saçılır. Dövlət başçısı bir əli ilə xəstəxana geyimində uzanmış kişiyə toxunur. Prezidentin ətrafında tibb bacısı, hərbçi, üzərinə "veteran" yazılmış kepkalı kişi və dua edən qadın dayanıb. Arxa fonda, Trampın sağ tərəfində Azadlıq heykəli görünür, onun üzərində isə atəşfəşanlıq və uçan təyyarələr təsvir edilib. ABŞ liderinin başı üzərində hərbi formada olan qanadlı kişi siluetləri çəkilib və onlardan da işıq saçır. Şəklin yuxarı sağ və sol künclərində ABŞ-nin rəmzi sayılan ağbaş qartallar yerləşdirilib. Təsvirin sağ tərəfində isə ölkənin bayrağı dalğalanır.
Qeyd edək ki, bu şəkli ilk dəfə 2026-cı ilin martında ABŞ prezidentinin Amerika turizmi, müstəsnalığı və dəyərləri üzrə xüsusi nümayəndəsi təyin edilmiş siyasətçi və yazıçı Nik Adams paylaşıb. O, fotonu fevralın əvvəlində "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirib. Bu fotonun yayımlanmasından qısa müddət əvvəl Tramp Roma Papası XIV Leo xarici siyasətə dair baxışlarına görə tənqid etmişdi. ABŞ Prezidenti bildirmişdi ki, Papa İranı dəstəklədiyi və cinayətkarlıq qarşısında zəif olduğu üçün xarici siyasətdə bərbaddır.



