Viktor Orbanın Macarıstanda parlament seçkilərində məğlub olması Ukrayna üçün “yaxşı xəbər” kimi qiymətləndirilir.
HİT.az xəbər verir ki, bu barədə Bloomberg üçün köşə yazısında şərhçi Entoni Halpin bildirib.
Müəllifin fikrincə, bu nəticə Ukrayna prezidenti Volodimir Zelenskiyə Avropadan ABŞ prezidenti Donald Tramp ilə Rusiya ilə aparılan danışıqlarda “qarşı çəkici qüvvə” kimi istifadə etməyə imkan verə bilər.
Halpin yazır ki, ilkin faydalardan biri Avropa İttifaqının Ukrayna üçün həyati əhəmiyyət daşıyan 90 milyard avro həcmində kreditin təsdiqlənməsi ola bilər. Onun sözlərinə görə, Budapeşt bu vəsaiti Ukraynanın “Drujba” neft kəməri ilə Rusiya neftinin tranzitini dayandırması səbəbilə bloklamışdı. Müəllif qeyd edir ki, bu maliyyə olmadan Kiyev iki aydan az müddətdə müharibəni davam etdirmək üçün vəsaitsiz qala bilərdi.
Halpinin fikrincə, Orbanın siyasi təsirinin zəifləməsi Zelenskiyə Avropanı Trampın mümkün təzyiqlərinə qarşı vasitə kimi istifadə etmək imkanı da verəcək.
“Ukrayna üçün Viktor Orbanın məğlubiyyəti yalnız yaxşı xəbərdir. Bu, Zelenskiyə Avropadan ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı əlverişsiz sülh razılaşması təzyiqlərinə qarşı istifadə etmək imkanını asanlaşdıra bilər. Bu gün Brüssel və Kiyev, ola bilsin ki, Orbanın gedişi ilə bağlı rahat nəfəs alıb”, deyə müəllif yazıb.
12 apreldə Macarıstanda keçirilən parlament seçkilərində Tisa Partiyası və siyasətçi Peter Magyarın rəhbərlik etdiyi qüvvə qalib gəlib. Fides Partiyasının rəhbəri Viktor Orban məğlubiyyətini etiraf edərək rəqibini təbrik edib.
Samir


