ABŞ-da VƏTƏNDAŞ MÜHARİBƏSİ: Pentaqon ordu yeridir

DÜNYA
18:02 / 30.05.2020
1332

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Minneapolis şəhərinə ordu yeridəcək.

Publika.az xəbər verir ki, qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra şəhərdə baş qaldıran etiraz aksiyalarına görə Pentaqondakı bəzi inzibati birliklərə hazırlıq təlimatı verilib.

Təlimatlar mövzusunda birbaşa bilgi sahibi olan və adının açıqlanmasını istəməyən mənbələrin məlumatına görə, Şimali Karloinada Ford Braqq, Nyu Yorkda Ford Drum birliklərinə çağırış edilməsi təqdirində, 4 saat ərzində Minneapolisdə yerləşmələrinə hazır olmaq əmri göndərilib.

Koloradoda Ford Karson, Kanzasda Ford Riley hərbi-inzibati birliklərə isə 24 saat ərzində təyin olunmuş şəhərə getmək üçün hazırlıq görmələri tapşırılıb.

Qeyd edək ki, qaradərili vətəndaşın irqçiliklə öldürülməsindən sonra şəhərdə etiraz aksiyaları baş qaldırıb. Üsyançılar şəhərin polis şöbəsi binasını yandırıb. Aksiyaların həftəsonu da davam etməsi gözlənilir.

 

0