Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tarixi addım atıblar.
Hit.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan yüksək səviyyəli görüş çərçivəsində üç ölkə arasında “Məkkə Sazişi” adlı üçtərəfli müdafiə müqaviləsi imzalanıb.
Sənəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə gerçəkləşən birgünlük işgüzar səfər zamanı rəsmiləşdirilib.
Sazişin ən diqqətçəkən məqamı kollektiv müdafiə müddəasıdır. NATO-nun 5-ci maddəsinə bənzər bu prinsipə əsasən, müttəfiq ölkələrdən birinə qarşı hər hansı silahlı təcavüz və ya hücum bütün üzv dövlətlərə qarşı edilmiş sayılacaq. Tərəflər belə hallarla qarşılaşdıqda dərhal birgə müdafiə tədbirləri həyata keçirəcəklər. Beləliklə, üç ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi vahid çətir altında qorunacaq.
Sənəddə xüsusi olaraq qeyd olunub ki, yaradılan bu tərəfdaşlıq təcavüzkar hərbi bloq xarakteri daşımır və hər hansı konkrət üçüncü dövlətə qarşı çevrilməyib. Bundan əlavə, sənədin genişlənməyə açıq olduğu da vurğulanıb. Əsas hədəf tərəflərin müdafiə qabiliyyətini artırmaq və regionda sabitliyi bərqərar etməkdir.
Pərviz


