İsti hava və komfortlu iqlim turistlərin istirahət üçün məkan seçərkən diqqət yetirdiyi əsas amillərdən biridir. Dünyanın elə bölgələri var ki, burada ilin istənilən vaxtında isti hava şəraitindən yararlanmaq mümkündür.
HİT.az xəbər verir ki, “The Times” nəşrinin ekspertləri ilboyu isti hava ilə seçilən dünyanın ən yaxşı turizm istiqamətlərini müəyyənləşdiriblər.
Mütəxəssislər qeyd edirlər ki, bu məkanların bir çoxunda isti iqlim ekvatora yaxın yerləşmə ilə əlaqədardır. Buna görə də soyuq hava demək olar ki, müşahidə olunmur. Lakin bəzi istiqamətlərdə yağışlı mövsüm yaşanır. Bu zaman adətən uzunmüddətli yağışlardan deyil, qısamüddətli və güclü leysanlardan söhbət gedir.
İlboyu isti hava şəraiti ilə seçilən 14 məkan:
1. Seyşel adaları – orta temperatur 30°C-dir. Ən isti aylar mart və aprel, ən yağışlı ay isə yanvardır.
2. Keniya – orta temperatur 30°C təşkil edir. Ən isti ay fevral, ən yağışlı ay apreldir.
3. Misir – orta temperatur 32°C-dir. Avqust ən isti, fevral isə ən yağışlı aydır.
4. Maldiv adaları – orta temperatur 28°C-dir. Ən isti ay aprel, ən yağışlı ay sentyabrdır.
5. Tayland – orta temperatur 28°C təşkil edir. Aprel ən isti, sentyabr isə ən yağışlı aydır.
6. Kanar adaları – orta temperatur 21°C-dir. Avqust ən isti, dekabr isə ən yağışlı aydır.
7. Əbu-Dabi, BƏƏ – orta temperatur 28°C-dir. Ən isti ay avqust, ən yağışlı ay fevraldır.
8. Zənzibar, Tanzaniya – orta temperatur 26°C təşkil edir. Fevral ən isti, aprel isə ən yağışlı aydır.
9. Rio-de-Janeyro, Braziliya – orta temperatur 24°C-dir. Ən isti ay fevral, ən yağışlı ay dekabrdır.
10. Aruba – orta temperatur 28°C təşkil edir. Sentyabr ən isti, noyabr isə ən yağışlı aydır.
11. Namibiya – orta temperatur 20°C-dir. Dekabr ən isti, fevral isə ən yağışlı aydır.
12. Meksika – orta temperatur 26°C təşkil edir. Avqust ən isti, sentyabr isə ən yağışlı aydır.
13. Lanqkavi, Malayziya – orta temperatur 28°C-dir. Mart ən isti, oktyabr isə ən yağışlı aydır.
14. Mavriki – orta temperatur 24°C təşkil edir. Yanvar ən isti, fevral isə ən yağışlı aydır.
Mütəxəssislər səyahət planlaşdırarkən yalnız temperaturu deyil, seçilən istiqamətdə yağışlı mövsümün vaxtını da nəzərə almağı tövsiyə edirlər.
Samir


