NATO bir neçə saat ərzində Rusiyanın Baltik dənizinə çıxışını bağlaya bilər

DÜNYA
16:06 / 08.10.2026
57

NATO bir neçə saat ərzində Rusiyanın Baltik dənizinə çıxışını bloklaya bilər. Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib. 

HİT.az xəbər verir ki, onun sözlərini Britaniyanın "The Times" qəzeti yayıb.

“Biz bir neçə saat ərzində 50 min təcrübəli hərbçidən ibarət qruplaşmanı yerləşdirə bilərik. <…> Bir neçə saat ərzində Baltik dənizini bağlaya bilərik”, – Estoniya XİN rəhbəri deyib.

Siyasətçi hesab edir ki, bu, Rusiyanın Kalininqrada dəniz yolu ilə çıxışını kəsər və şəhərin blokadasına şərait yaradardı. Bundan başqa, Tsaxknanın sözlərinə görə, belə bir tədbir Rusiyanın Baltik Donanmasını Sankt-Peterburq ərazisində sıxışdırıb saxlaya və ölkəni xammal satışından əldə etdiyi gəlirlərdən məhrum edə bilər.

Nazir bununla belə, belə bir ssenarinin yalnız hərbi münaqişə baş verəcəyi təqdirdə mümkün olduğunu vurğulayıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Kalininqrad vilayətinə və ya Rusiyanın digər regionlarına birbaşa hücum ediləcəyi təqdirdə bütün mövcud silahlardan istifadə məsələsinin dərhal gündəmə gələcəyini bildirib. Putinin sözlərinə görə, “bu gün Rusiyada olan belə məhvetmə vasitələri heç kimdə yoxdur”.

Samir

0