Britaniya Rusiyanın hibrid hücumları səbəbindən ildə 2 milyard funt sterlinqdən çox itirir

DÜNYA
17:38 / 08.10.2026
50

Britaniyanın Rusiyanın guya həyata keçirdiyi “hibrid fəaliyyətlər” nəticəsində üzləşdiyi iqtisadi itkilər ildə ən azı 2-2,5 milyard funt sterlinq təşkil edir. 

HİT.az xəbər verir ki, bu barədə "Financial Times" İşçi Partiyasının deputatı Qrem Dauninin araşdırmasına istinadən məlumat yayıb.

Qəzetin qeyd etdiyi kimi, bu məbləğə “hücumların” nəticələrinin yumşaldılması, bərpa işləri və “dayanıqlığın” artırılmasına yönəlmiş investisiyalar üçün çəkilən xərclər daxildir. Deputat isə real rəqəmin “əhəmiyyətli dərəcədə daha yüksək” ola biləcəyini vurğulayıb.

Dauni hesabatında bildirib ki, Britaniyada “hibrid müharibə”nin iqtisadi təsirini qiymətləndirmək üçün vahid sistem mövcud deyil. Bu səbəbdən bir çox böyük insidentin maliyyə nəticələri nəzərə alınmır.

Bundan əlavə, deputat Britaniya hökumətini parlament üçün hər il dövlətlərin ölkəyə qarşı həyata keçirdiyi bütün “düşmənçilik fəaliyyətlərinin” mümkün maliyyətini proqnozlaşdıran hesabat dərc etməyə çağırıb. Dauni Britaniya Müdafiə Nazirliyinə vətəndaşlara, şirkətlərə, infrastruktura və ölkənin maraqlarına qarşı yönəldiyi iddia edilən düşmənçilik fəaliyyətlərinin qiymətləndirilməsi metodologiyasını hazırlayıb dərc etməyi tövsiyə edib.

Oktyabrın 7-də "Politico" mənbələrə istinadən Avropa İttifaqının böyük itkilərlə nəticələnə biləcək “iri hibrid hücumlara” cavab vermək üçün planı gizli şəkildə hazırladığını yazıb.

Sentyabr ayında Avropa Şurasının baş katibi Alen Berse Avropanın Rusiya ilə müharibəyə kifayət qədər yaxşı hazır olmadığını və Avropa İttifaqının hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün inkişaf etməli olduğunu bildirib.

Samir

0