İtaliyada trüfel axtaran it təsadüfən 2 milyon avro dəyərində kokain aşkar edib.
HİT.az xəbər verir ki, bu barədə "ANSA" məlumat yayıb.
Məlumata görə, it kolluğa girərək bir müddət sonra ağzında üç tünd rəngli, sıx və kürə formasında bağlama ilə sahibinin yanına qayıdıb. Hər bağlamanın çəkisi təxminən 80 qram olub.
Trüfel axtaran şəxs əvvəlcə onların formasına və ölçüsünə əsasən iri ölçülü üç trüfel olduğunu düşünüb. Lakin “tapıntıları” torpaqdan təmizləmək üçün əlinə götürən kimi onların rezinəbənzər konsistensiyaya və plastik, istiliklə möhürlənmiş örtüyə malik olduğunu görüb.
Şübhələnən kişi dərhal polisə məlumat verib. Hadisə yerinə gələn hərbçilər tapıntını yoxlayaraq onun kokain olduğunu təsdiqləyiblər.
Məlum olub ki, torpağa basdırılmış kürə formalı bağlamalarda trüfel sporları deyil, yerli bazarda satışa çıxarılmaq üçün hazırlanmış və qarışdırılaraq həcmi artırılması nəzərdə tutulan kokain olub. Üç bağlamanın ümumi çəkisinin təxminən 270 qram olduğu bildirilib.
Samir


