Avropa ölkəsə taxtabiti istilasına məruz qaldı

DÜNYA
17:48 / 09.10.2026
68

Avropa ölkələrindən biri yataq taxtabitlərinin kütləvi yayılmasından əziyyət çəkir. 

HİT.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Uelsdə zərərvericilərlə mübarizə üzrə mütəxəssis Qaret Devis bildirib ki, o, son 38 ildə yataq taxtabitlərinin ən güclü yayılması ilə qarşılaşıb. Bu yaxınlarda onun komandası tam qoruyucu geyimdə işləyib və həşəratları toplamaq üçün xüsusi tozsorandan istifadə edib.

“Bu ev dəhşətli vəziyyətdə idi”, deyə o bildirib.

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) məlumatına görə, yataq taxtabitləri evə geyim, baqaj və ya mebel vasitəsilə düşə, döşəklərdə və divarların içərisində gizlənə bilərlər. Yoluxmanın əsas əlaməti xətt və ya qrup şəklində yerləşən, qaşınmaya səbəb olan dişləmələrdir.

Devisin sözlərinə görə, yataq taxtabitlərindən qurtulmaq çətindir, lakin bu mümkündür. Adətən, yoluxmuş yataq dəstlərinin və geyimlərin isti suda yuyulması, ən azı 30 dəqiqə yüksək temperaturda qurudulması və evin müntəzəm təmizlənməsi kömək edir.

Devis bildirib ki, son yayılma zamanı onun komandası əvvəlcə mümkün qədər çox taxtabitini məhv etmək üçün xüsusi tozsoranlardan istifadə edib. Daha sonra otaq xüsusi insektisidlə işlənib. Bütün döşəklər və çarpayı çərçivələri qablaşdırılaraq yandırılmaq üçün göndərilib.

NHS-in məlumatına görə, yataq taxtabitlərinin yayılması gigiyena qaydalarına əməl edilməməsi ilə əlaqəli deyil. Bu həşəratlara həm təmiz, həm də çirkli evlərdə rast gəlinir. Bununla belə, evin müntəzəm təmizlənməsi taxtabitlərini ilkin mərhələdə aşkar etməyə kömək edir.

Samir

0