ABŞ Prezidenti Donald Trampın siyasətinin Rusiyanın mövqelərini gücləndirdiyini bildirən alman deputat Avropanı Ukraynanın kapitulyasiyasına yol açacaq güzəştlərə qarşı çıxmağa çağırıb.
HİT.az xəbər verir ki, Almaniya Bundestaqının deputatı Roderix Kizevetter bu barədə “Ukrinform”a müsahibəsində danışıb.
Deputatın sözlərinə görə, Tramp Ukraynanın silah və kəşfiyyat məlumatları ilə dəstəklənərək mövqelərinin gücləndirilməsinə deyil, danışıqlar masasına oturmağa məcbur edilməsini istəyən qüvvələrə dəstək verir. Kizevetter ABŞ-da aralıq seçkilər ərəfəsində Avropanın gələcəyinin siyasi sövdələşmə predmetinə çevrilməməli olduğunu vurğulayıb.
“Biz çox diqqətli olmalıyıq ki, Tramp ABŞ-da aralıq seçkilərdən bir qədər əvvəl Avropanın gələcəyini satmasın. Biz ABŞ-yə dizel yanacağı göndərə bilərik, amma Trampın Putinə dəstək verməsi ilə barışa bilmərik. ABŞ və Rusiya Ukraynanın gələcəyinə qarşı birləşib”, deyə deputat bildirib.
Kizevetter Rusiyaya güzəştə getməyin tərəfdarı olan şəxslərin tənqid edilməsinin vacibliyini də qeyd edib. Bununla yanaşı, o, Berlinin Kiyevə yardım göstərmək məsələsində uzun müddət ləng davrandığını və hələ də daha qətiyyətli addımlar atmalı olduğunu söyləyib. Deputat Almaniya kansleri Fridrix Merts və Xristian Demokrat İttifaqının Ukraynaya dəstəyi davam etdirəcəyinə ümid etdiyini bildirib.
Samir


