Ukrayna və Polşa münasibətləri diplomatik baxımdan normallaşdırıb

DÜNYA
14:34 / 12.10.2026
51

Ukrayna ilə Polşa arasında münasibətlər diplomatik müstəvidə qaydaya salınıb. Kiyev iki ölkə arasında qarşılıqlı faydalı qonşuluq əlaqələrinin inkişafında maraqlıdır.

HİT.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “RBK-Ukrayna”ya müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşması müxtəlif səviyyələrdə baş verib. O vurğulayıb ki, bu əməkdaşlıq həm xalqların maraqlarına, həm də hər iki ölkənin təhlükəsizliyinə xidmət edir.

Sibiqa Polşanın Ukraynanın müraciətinə cavab olaraq reaktiv dronların vurulması üçün zəruri olan sursatlarla təminat məsələsində yardım göstərdiyini də qeyd edib. O, Polşanın xarici işlər naziri Radoslav Sikorskiyə, eləcə də ölkənin baş naziri Donald Tuska göstərilən dəstəyə görə təşəkkür edib.

Ukraynanın xarici işlər naziri bildirib ki, Kiyevin müdafiəsi üçün yeni hərbi yardım paketləri hazırlanır. Onun sözlərinə görə, Polşanın Ballistik Raketlərə Qarşı Müdafiə Koalisiyasına qoşulması iki ölkə arasındakı strateji tərəfdaşlığın göstəricisidir.

Sibiqa əlavə edib ki, Polşa Ukraynanın Avropa İttifaqına inteqrasiyası prosesində, xüsusilə danışıqlar üzrə klasterlərin açılması məsələsində də Kiyevə fəal dəstək verir.

Samir
 

0