NATO-nun Müttəfiq Qüvvələrinin Transformasiya üzrə Ali Baş Komandanı, admiral Pyer Vandye alyansın müasir texnologiyalara uyğunlaşmaqda geri qalmasından narahatlığını ifadə edib. O bildirib ki, vacib qərarların gecikdirilməsi və lazımi maliyyənin ayrılmaması onun üçün ciddi narahatlıq mənbəyidir.
HİT.az xəbər verir ki, admiral bu barədə “CBS” telekanalına müsahibəsində danışıb. Vandye mühüm qərarların vaxtında qəbul edilməməsini və maliyyə vəsaitlərinin ayrılmasının gecikməsini özünün “əsl kabusu” adlandırıb.
Onun sözlərinə görə, NATO müasir döyüş şəraitində istifadə olunan texnoloji yeniliklərin sürətinə çatmaqda çətinlik çəkir. Admiral qeyd edib ki, yeni proqram təminatının əldə olunması beş il çəkirsə, həmin müddət ərzində texnologiya köhnələ və artıq öz aktuallığını itirə bilər.
Vandyenin fikrincə, hərbi sahədə texnoloji dəyişikliklərin sürətlənməsi alyansın qərarların qəbulu və yeni həllərin tətbiqi proseslərini də sürətləndirməsini zəruri edir.
Nəşr xatırladır ki, bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson NATO-nun heç bir sahədə Rusiya üzərində üstünlüyə malik olmadığını iddia etmişdi. NATO-nun keçmiş baş katibinin köməkçisinin müavini Qordon B. Devis isə mümkün hərbi qarşıdurma zamanı Rusiyanın bombardmançı təyyarələrinin, pilotsuz uçuş aparatlarının və sualtı qayıqlarının alyansın qüvvələrinə zərbələr endirə biləcəyini bildirmişdi.
Samir


