ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər Donald Tramp administrasiyasının növbəti iki ildə fəaliyyətinə ciddi təsir göstərə bilər. Demokratların Konqresin palatalarından birində və ya hər ikisində çoxluğu əldə etməsi prezidentin təşəbbüslərinin həyata keçirilməsini çətinləşdirə bilər.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, hazırda Respublikaçılar Partiyası Nümayəndələr Palatasında 218, Demokratlar isə 214 yerə sahibdir. Senatda isə respublikaçıların 53, demokratların 47 yeri var. Demokratların hər iki palatada üstünlüyü ələ keçirməsi üçün əlavə olaraq dörd yer qazanması lazımdır.
“Reuters”in qiymətləndirməsinə əsasən, demokratların Nümayəndələr Palatasında çoxluq əldə etmək imkanları daha yüksəkdir. Senatda isə mübarizənin nəticəsini əvvəlcədən proqnozlaşdırmaq çətindir.
Seçkilərin nəticələri Vaşinqtonda siyasi qüvvələr nisbətini dəyişə və Tramp administrasiyasına nəzarəti gücləndirə bilər. Bununla belə, demokratlar Konqresin bir və ya hər iki palatasında çoxluq qazansalar belə, prezidentin veto hüququ və geniş icra səlahiyyətləri qüvvədə qalacaq. Bu isə demokratların mühüm qanunvericilik təşəbbüslərini həyata keçirmək imkanlarını məhdudlaşdıra bilər.
Qeyd edək ki, “The Washington Post” qəzetinin daha əvvəl keçirdiyi sorğuda Trampın fəaliyyətini bəyənən ABŞ vətəndaşlarının payı 33 faiz olub. Respondentlərin 66 faizi onun fəaliyyətini bəyənmədiyini, 52 faizi isə qəti şəkildə narazı olduğunu bildirib.
Samir


