Serbiyanın sabiq prezidenti Aleksandr Vuçiç Avropanın Rusiyadan müdafiə olunmaq bəhanəsi ilə sürətlə silahlandığını və bunun gələcəkdə ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.
HİT.az xəbər verir ki, Vuçiç bu barədə jurnalist Kseniya Sobçakla müsahibəsində danışıb.
“Mən nə axmaq, nə də koram. Avropanın necə silahlandığını görmürsünüzsə, deməli, bunu görməməzliyə vurursunuz. Bəs niyə silahlanır? Hansı məqsədlə? Bu, Çexovun dramlarını xatırladır: birinci pərdədə səhnədə tüfəng varsa, üçüncü pərdədə o, atəş açacaq. Avropa Rusiyadan qorunmaq zərurətini əsas gətirərək sürətlə silahlanır. Bunu kim görmür?” – deyə Vuçiç bildirib.
Sabiq prezident dünya müharibəsi ilə bağlı bədbin proqnozlarında yanılacağı təqdirdə özünü ən xoşbəxt insan hesab edəcəyini söyləyib. Bununla belə, o, hazırkı qiymətləndirməsinin yanlış olduğunu düşünmədiyini vurğulayıb.
Vuçiç daha əvvəl də qlobal münaqişə təhlükəsi ilə bağlı xəbərdarlıqlar edib. O, avqust ayında Üçüncü Dünya müharibəsinin, ehtimal ki, artıq başladığını və bunun qarşısını almağın çətinləşdiyini, lakin gərginliyin daha da artmasının önlənə biləcəyini bildirmişdi.
Siyasətçinin fikrincə, böyük dövlətlərin maraqlarının toqquşması, Ukrayna və Yaxın Şərqdəki münaqişələr yeni qarşıdurmaların yaranması riskini artırır.
Samir


