Zelenski ABŞ-dan "Starlink" və "Starshield" xidmətlərini bərpa etməyi xahiş etdi

DÜNYA
17:30 / 20.10.2026
64

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ dövlət katibi Marko Rubiodan ölkədə "Starlink" və "Starshield" peyk rabitəsi xidmətlərinə çıxışın bərpa olunmasını istəyib.

HİT.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib. O, Rubio ilə telefon danışığı zamanı "Starlink" və "Starshield" ətrafındakı vəziyyəti müzakirə etdiklərini və xidmətlərin fəaliyyətinin bərpasının vacib olduğunu bildirib.

Tərəflər, həmçinin ballistik raketlərin qarşısını alan sistemlər üçün raketlərin tədarükü və raket buraxılışları barədə kəşfiyyat məlumatlarının əldə olunması məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, oktyabrın 20-də ABŞ Prezidenti Donald Tramp Ukraynada "Starlink" peyk rabitəsinin fəaliyyətinə məhdudiyyət qoyulması barədə kimin göstəriş verdiyini bilmədiyini söyləyib.

Bundan əvvəl yüksək vəzifəli mənbə ABŞ-ın kəşfiyyat məlumatlarına çıxışı məhdudlaşdırmasını və "Starlink" xidmətinin sürətini azaltmasını Zelenskiyə təzyiq vasitəsi kimi qiymətləndirmişdi. Ukrayna lideri isə Vaşinqtonun son qərarlarının ölkəni Rusiyanın qarşısında kapitulyasiyaya məcbur etmək məqsədi daşıdığı qənaətində olduğunu bildirmişdi.

Samir

0