Trampın reytinqi rekord həddə düşdü: Cəmi 31 faiz onu dəstəkləyir

DÜNYA
17:45 / 20.10.2026
62

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənən amerikalıların sayı rekord səviyyədə azalaraq 31 faizə düşüb. Bu göstərici avqust ayında 38 faiz təşkil edirdi.

HİT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin sifarişi ilə “Ipsos” sosioloji xidmətinin keçirdiyi sorğuda bildirilib.

Agentlik reytinqdəki azalmanı amerikalıların yanacağın yüksək qiymətlərindən narazılığı ilə əlaqələndirir. “Reuters” hesab edir ki, bu vəziyyət noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərdə Respublikaçılar Partiyasının nəticələrinə mənfi təsir göstərə bilər.

Sorğunun nəticələrinə əsasən, seçkilər hazırda keçirilsəydi, qeydiyyatdan keçmiş seçicilərin 47 faizi Demokratlar Partiyasına, 35 faizi isə Respublikaçılar Partiyasına səs verərdi. Beləliklə, demokratların üstünlüyü 12 faiz bəndinə çatıb ki, bu da hazırkı seçki dövrünün ən böyük fərqi hesab olunur.

Samir

0