Tetçer və Reyqana danışıq öyrədən sovet casusu – Mİ-6-nın ən qiymətli agenti

DÜNYA
21:48 / 02.06.2020
2305

1974-cü ildə sovet diplomatı Oleq Qordiyevski Britaniya kəşfiyyat xidməti – Mİ-6 tərəfindən məxfi əməkdaşlığa cəlb olunur. Hələ gənclik illərində Qordiyevski kommunizmin ən yaxşı doktrinalardan biri olduğuna şübhə edirdi. 1980-ci illərdə isə o artıq Britaniya kəşfiyyatının ən qiymətli və qorunan agenti idi. Qordiyevskinin taleyinə “Casus və satqın” adlı yeni kitab həsr olunub.

Teleqraf.com bildirir ki, Finlandiyanın “Yle” dövlət teleradiokompaniyasının materialında bundan bəhs olunur.

Qeyd olunur ki, 1974-cü ildə Britaniya kəşfiyyat xidməti Mİ-6 sovet diplomatı Oleq Qordiyevskini məxfi əməkdaşlığa cəlb edir. Bununla da rus casuslarının həbsinə və soyuq müharibəyə son qoyulmasına gətirib çıxaran on illik əməkdaşlıq başlayır. Bəs başqalarının diqqətini cəlb etmədən dünyanı dəyişən bu insan kim idi?

Məxfi əməkdaşlığa gedən yol

Gələcək casusluq işinin ilk toxumları hələ 1950-ci illərin ortalarında səpilir. Gənc moskvalı tələbə Oleq Qordiyevski ilk dəfə həmin vaxt Qərbdən gələn qəzet və ədəbiyyatlarla ünsiyyətdə olur.

“KQB tərəfindən məxfi əməkdaşlığa cəlb olunan 20 yaşlı oğlana qadağan olunmuş ədəbiyyatla tanışlıq nadir hallarda verilir, amma mənim bəxtim gətirdi”, – Oleq Qordiyevski “Yle”nin keçmiş redaktoru Karl-Henrik Nikulaya 1997-ci ildə Helsinkidə olarkən verdiyi müsahibə zamanı bildirirdi.

Həmin səfərin məqsədi Qordiyevskinin yazıçı və rejissor İnna Roqaçi ilə birlikdə yazdığı və o dövrdə aktual olan “Kor güzgü” kitabı idi. Keçmiş casus müsahibə zamanı o epoxanın bir çox fin siyasətçilərinin və jurnalistlərinin KQB ilə sıx əməkdaşlıq etdiyini bildirirdi. Müəlliflər heç bir ad çəkməyiblər, lakin KQB arxivlərindən təkzibedilməz dəlillərin tapıldığına işarə ediblər.

“Qərb ədəbiyyatı məni avropalı etdi”

İndi, üstündən 20 il keçəndən sonra Qordiyevskinin özü ayrıca bir kitabla təltif olunub. Britaniyalı tarixçi və “Tayms” (The Times) qəzetinin redaktoru Ben Makintayr soyuq müharibənin əsas ikili agentlərindən biri haqqında maraqlı bioqrafik triller yazıb. Kitabda qeyd edilir ki, gələcək agent hələ gənc yaşlarında kommunizmin ən yaxşı dövlət doktrinalarından olduğuna şübhə edib.

“Qərb ədəbiyyatı məni avropalı etdi”, – Oleq Qordiyevski 20 il əvvəli xatırlayır.
Ben Makintayr “Casus və satqın” (The spy and the traitor) adlı kitabında qeyd edir ki, Berlin divarının inşası, 1966-cı ildə Danimarkaya ilk xarici ezamiyyət və iki il sonra baş verən “Praqa baharı” Qordiyevskini daha sovet repressiya aparatının bir vintciyi kimi qala bilməyəcəyinə inandırıb.

Nəhayət, 1974-cü ildə Qordiyevski ingilislərin xeyrinə öz ölkəsindən casusluq etmək üçün tam yetişmiş olur.


Qordiyevski Makintayrın kitabında 1970-ci illərin əvvəllərində şübhələr və daxili mübarizələr haqqında çox açıq danışır. Əslində o, sovet məhdudiyyətlərindən, korrupsiya və ikiüzlülükdən iyrənən bir avropalı idi. Lakin zahirən ideal sovet elçisi rolunu oynayır, öz ölkəsinin ünvanına tərifli çıxışlar edir və “çürüyən Qərbə” xor baxırdı.

Çox qiymətli agent

1974-cü ildə Qordiyevski Britaniya kəşfiyyat xidməti Mİ-6 tərəfindən məxfi əməkdaşlığa cəlb edildikdən sonra parlaq şəkildə ikili agent rolu oynamağa başlayır. O, kəşfiyyat iyerarxiyasında sürətlə yüksəlir və gizli məlumatları ingilislərə daha asan ötürmək üçün xəyallarının şəhərinə – Londona köçür.


1980-ci illərdə Oleq Qordiyevski Britaniya kəşfiyyatının ən qiymətli və ən çox qorunan agentinə çevrilir. Çox güclü yaddaşı, kommunistlərə kəskin nifrəti və Londondakı sovet səfirliyində yüksək mövqeyi ilə Qordiyevski Mİ-6-nın yalnız xəyal edə biləcəyi bir casus olur.
Və Qordiyevski özünün yeni sahiblərini məyus etmir. Çox tezliklə məlum olur ki, isveçli Stiq Berqlinq, norveçlilər Arne Trexolt və Qunvor Xovik rus casuslarıdır. Bundan əlavə Qərb kəşfiyyatı bir çox digər qiymətli məlumatlar əldə edir. Makintayr yazır ki, digər şeylərlə yanaşı Qordiyevski Kremldə qaçılmaz olan böhran barədə də ingilislərə məlumat verir.
1980-ci illərin əvvəllərində sovet paranoid liderləri Qərb dövlətlərinin nüvə hücumuna hazırlaşdığına əmin idilər. KQB rəhbəri Yuri Andropov ən kiçik diplomatik dəyişikliklərə həyəcan siqnalı kimi baxır və buna görə də ordunu yüksək hazırlıq vəziyyətinə gətirirdi.
Bu gərgin vəziyyətdə əsas rol Oleq Qordiyevskiyə tapşırılır. Onun Kreml kuluarları ilə əvəzsiz tanışlığı sayəsində həm Marqaret Tetçer, həm də Ronald Reyqan silahlanma yarışı və silahlı hücum haqqında danışmağı dayandırdılar.

Gizli işarələr sistemi: dördkünc şokolad müəyyən olunmuş yerdə və zamanda yeyilməli idi

Mixail Qorbaçov Sovet İttifaqının yeni prezidenti olanda Ronald Reyqan artıq ehtiyatlı nikbinlik ifadə edə bilərdi. Bir neçə il sonra isə Berlin divarı söküldü. Ancaq soyuq müharibənin sonuna doğru ikili agent ətrafındakı kilid sökülməyə başlamışdı. 1985-ci ildə isə o qəfildən Londondan Moskvaya çağırılır.


Bu andan görünməmiş siçan-pişik oyunu başlayır. KQB Qordiyevskinin dövlətə xəyanət etməsindən şübhələnir və onu daim nəzarət altında saxlayırdı. Qordiyevskinin Qərbə qaçmaması üçün onun həyat yoldaşı və iki azyaşlı qızı da Moskvaya gətirilir.
Ancaq Mİ-6 artıq gizli işarələr sistemi ilə işə salınan cəsarətli bir xilas planına malik idi. Plana başqa şeylərlə yanaşı bir alış-veriş çantası və dördkünc şokolad da daxil edilmişdi. Həmin dördkünc şokolad müəyyən olunmuş yerdə müəyyən olunmuş zamanda yeyilməli idi.
Diqqətlə planlaşdırılan qaçış planı Con le Karrenin qələmindən ərsəyə gəlir. Qordiyevski ilk siqnalda onu həbs etməyə hazır olan yerli KQB agentlərinin sayıqlığını hiylə ilə aldatmalı idi. Onun bəxti gətirir – qatarla Moskvadan Leninqrada, oradan da avtobusla Vıborqa (Leninqrad vilayətində şəhər. Şəhər Sankt-Peterburq-Helsinki yolunun üzərində, Finlandiya-Rusiya sərhədinin 30 kilometrliyində yerləşir – S.Həmid) qaçır.

Sovet sərhədini diplomatik avtomobilin yük yerində keçmək

Kitabın son fəslində Finlandiyadan keçməklə Vıborqdan Norveçin şimalına gedən diplomatik avtomobilin yük yerində təsirli bir şəkildə qaçışdan bəhs olunur – bu, son dərəcə maraqlı mütaliə hissəsidir və eyni zamanda Finlandiyanın Şərqlə Qərb arasındakı narahat vəziyyətini xatırladır.


Hər şeyə baxmayaraq Oleq Qordiyevski yenə də Qərbə qaçmağa müvəffəq olur – Onu İngiltərədə çoxdan planlanan sığınacaq gözləyirdi. Ancaq həyat yoldaşı və iki qızı daha 6 il girovluqda qalmalı olurlar. Sovet İttifaqının dağılması ilə onların qovuşması üçün son maneələr də aradan qaldırılır.


“Casus və satqın” – İkinci Dünya müharibəsindən sonra iki düşərgəyə parçalanan dünya haqqında füsunkarlıqla və ağılla, həm də bu parçalanmaya etiraz edən və cə

0