Prezident üçün şəxsi cadugər: Dövlət başçısını qoruyanların rəhbəri məhkəmlik olub

DÜNYA
22:06 / 02.06.2020
1288

Rusiyanın Moskva şəhərinin Presnenski məhkəməsində olduqca maraqlı işə baxılır.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, iddiaçı tərəf Cəzaçəkmə üzrə Federal Xidmətin müşaviri Yevgeni Matveyev, cavabdeh tərəf isə onun oğlu, Federal Tədqiqatlar Bürosunun əməkdaşı Dmitri Matveyevdir. Ata Matveyev bir müddət hətta Prezidentin Təhlükəsizlik Xidmətində də işləyib. Ancaq bu bölmənin fəaliyyəti gizli saxlanılır, orda əsasən ekstrasenslər, maqlar xidmət edir. Onlar öz xətləri ilə dövlətin mühafizəsində dayandıqlarını bildirirlər.

SSRİ dönəmində Yevgeni Matveyev Starateji Obyektlərin Mühafizəsi İdarəsinin əməkdaşı olub. Fəaliyyəti əsasən casusların aşkarlanması və təqibi idi. Məhz həmin zaman məsafədən insana təsir, hipnoz kimi məsələlərlə yaxından maraqlanıb, bu sahələrin peşəkarları ilə əməkdaşlıq edib. 1990-cı ildə general-mayor isə Georgi Raqozin onu Prezidentin Təhlükəsizlik Xidmətində işə dəvət edib. Raqozin özü də ekstrasenslər, astrologiya, cadugərliklə yaxından maraqlanıb. Matveyev bu istiqamət üzrə əsas kuratorlardan biri olub, onun kuratorluğu altında astroloqlar, ekstrasenslər işləyib. Bu istiqamət üzrə fəaliyyət sahələri indiyə qədər də sirrini qoruyur.

Bu qurumdan Matveyev hazırda əməkdaşı olduğu quruma keçib. Daha sonra dostu Gennadi Kornienko quruma rəhbərlik etdiyi dönəmdə onu özünə müşavir təyin edib. Bu dəfə Matveyevin işinin əhatə dairəsinə həm də psixoloji iş daxil edilib. O, əsasən əməkdaşlar üçün kurslar təşkil edir. Kornienko istefaya getdikdən sonra Matveyev öz mövqeyini qoruyub saxlayıb.

Matveyevin iki olu var. Onlardan biri Dmitri 2019-cu ildə saxlanılıb və Nəqliyyat Nazirliyinin mühafizəsinə işə qəbulla bağlı qanunsuzluğa yol verdiyi iddia edilib. Çünki bu sahədə işlə təminatda müsbət rəyi məhz oğul Matveyevin bölməsi verirdi.

İstintaqın versiyasına görə, işə iddialı olanlardan 150-300 min rüşvət tələb olunub. Oğul Matveyev ittihamları rədd edir. Üstlik oğul ona qarşı ittihamlarda atasının da çalışdığı qurumun rəhbəri olmuş Kornienkonu "vurmaq" cəhdinin dayandığını deyib. Baqşa sözlə, məhz atası və onun rəhbəri Kornienkoya görə cəzalandırıldığını bildirib. Buna görə dəfələrlə ata və oğul arasında mübahisələr olub. Belə mübahisələrdən birində Yevgeni Matveyev oğuna qəzəblənib. Daha sonra isə oğlu və gəlininə qarşı külli miqdarda mənimsəmə ittihamı ilə məhkəməyə müraciət edib. İndi ata oğlundan 20 min dollar və 100 min rubl tələb edir. İddia ərizəsində bu pulu oğluna borc olaraq verdiyini bildirir. Ancaq cavabdeh tərəfin vəkilləri bildirir ki, ata və oğul arasında münasibətlər son zamanlar olduqca pis olub və aralarında pul məsələsi olmayıb.

Ancaq işlə tanış olan mənbənin öz versiyası var. Mənbə hesab edir ki, oğluna qarşı məhkəmə iddiası qaldıran atanın başqa məqsədi var. Beləliklə o, onsuz da rüşvət tələb etmə maddəsi ilə ittiham olunan oğluna qarşı iddia qaldırmaqla onun əlində olan maddiyyatı qorumağa çalışır başqa sözlə, məhkəmə yolu ilə oğuna “borc" verdiyi vəsaiti almaqla ailənin gələcək maddi təminatını qorumaq istəyir.

0
Cebhe.info