Amerikanı qarışdıran qara maskalılar – İllərdir hazırlanan plan

DÜNYA
20:12 / 03.06.2020
1603

Ultra solun on illərlə hazırladığı bir üsyanın ortaya çıxmasının şahidi olduq. Corc Floydun Minneapolisdə öldürülməsi, radikalların üsyan alovlarını yenidən qızışdırılması üçün bir bəhanə idi. Floydun videosu internetdə görünəndə “Antifa” silahlıları bir neçə saat içində səfərbər oldu və “Qara Həyatlar” Hərəkatına kömək etmək üçün Minnesotaya getdi. Hüquq mühafizə orqanları və Minnesota Milli Qvardiyası üçün bu üsyanı yatırtmaq çox çətindir.

Teleqraf.com xəbər ki, bu barədə İngiltərənin “The Spectator” nəşrində dərc olunan məqalədə bildirilib.

Portlənd, Oklənd, Los-Anceles, Dallas, Atlanta - bunlar səhərlər oyanan və ticarət müəssisələrinin yerində yalnız xarabalıqlarını tapan şəhərlərdən bəziləridir. Kütləvi etirazlar və iğtişaşlar təxminən 30 şəhərdə baş verir. Bu günə qədər ən az üç nəfərin öldüyü bildirilib.

Anarxistlər iş başında

Ekstremist anarxo-kommunist hərəkatı “Antifa” üsyan sənətini mükəmməlləşdirdi. İlk sındırılmış dükan pəncərələri talana tələsən qarətçilər üçün bir göydəndüşmə şans oldu. Soyğunçuluq başlayanda iğtişaşçılar dükanlara atəş açmaq və məsələni sona çatdırmaq üçün yandırıcı maddələrlə hücuma keçdilər. Minneapolisdən və digər şəhərlərdən çəkilən videogörüntülərdə “Antifa” formasında olan qara geyimli döyüşçü gənclərin pəncərə və qapıları çəkiclər və küt alətlərlə necə sındırdıqları göstərilir. Bir evin divarlarına şüarlar yazırlar: “FTP” - “S...polis", “ACAB” – “Bütün polislər çirkindir".

Ən təhlükəsiz ev hədəfdə

Sırağa gün gecə iğtişaşçılar yer üzündə bəlkə də ən təhlükəsiz yer olan Ağ Evin qapılarına çatdı. Orada qurulmuş maneələri keçərək, Ağ Evə hücum etmək istədilər, əllərinə keçəni prezidentin ofisinə doğru atdılar, polislər və hərbçilər üçün xoşagəlməz durum idi. Bir gizli xidmət əməkdaşı başından kərpiclə vuruldu. Xronikanın çərçivələri üzünün və paltarının qana bulaşdığını göstərir. Bir müddət sonra polis, bibər qazı və gözyaşardıcı qazdan istifadə edərək maskalı qiyamçıların hücumunu dəf edə bildi. Önləyici tədbirlər öz nəticəsini verdi, amma bundan sonra nə olacağı bilinmir. Gərginlik hələ aradan qalxmayıb.

İğtişaşçılar və silahlı dəstələr ölkədə inqilabı körükləmək istəyirlər, qiyam zamanı kimin və ya nəyin məhv ediləcəyinə fikir vermədən irəliləməyə can atırlar. Yoldaşları ölsə, təbliğat bu insanları “şəhid” adlandıracaq. Ölümü izzətləndirəcək və şərəfləndirəcəklər.

Qara həyatlar

Floydun qətlindən sonra Minneapolisdə kütləvi etirazlara başlayan “Qara Həyatlar” Hərəkatı inqilabçı marksist ideologiyasına yaxındır. Bu hərəkatın qurucuları Alisiya Qarza, Opal Tometi və Patriss Kallors özlərini “marksist” adlandırır və kommunist inqilabçılara və Assata Şakur kimi radikallara rəğbət bəslədiklərini gizlətmirlər. Qanunlara və kapitalizmin ləğvinə qadağa qoymaq istəyirlər. Onlara rejim dəyişikliyi və qanunun aliliyinin məhv edilməsi lazımdır. Hazırda “Antifa” cəmiyyətdə parçalanmanın güclənməsinə kömək edən “Qara Həyatlar” Hərəkatı ilə əməkdaşlıq edir.

Tarixi fürsət

Birləşmiş Ştatlarda “Antifa”nın necə bir anarxiya üçün təşviqat apardığını, nəyə hazırlaşdığını və nəyi planlaşdırdığı barədə müəyyən fikirlər var. Bu hərəkatların məqsədi, zorakılığın və inhisarçılığının zəruri şərti hesab etdikləri hüquq mühafizə sistemini yox etməkdir. Minnesota ştatındakı kiçik biznes sahibləri onlardan köməklərini əsirgəmədilər, hətta reklam lövhələrində üsyançılara dəstək olaraq şüarlar və mesajlar yazdılar.

Bir çox amerikalıların şahidi olduğu yalnız biznesin məhv edilməsi və qarətçilərin fürsətçiliyi deyil. Bu, “Antifa” və “Qara Həyatlar” qruplarının ideologiyasında vacib bir elementdir: kapitalizmin məhvini əsas məqsədləri elan ediblər. Bunun üçün iqtisadi bərpanın qeyri-mümkün olmasını təmin etməlidirlər. “Antifa” koronavirus pandemiyası zamanı Amerikanın iqtisadi zəifliyini bundan faydalanmaq üçün nadir bir fürsət kimi gördü.

Nə üçün partlayış 2020-ci ildə baş verdi?

Şimali Amerikadakı ən populyar “Antifa” bloqlarından biri “Going Down” ötən həftənin sonlarında məlumat yaydı:

“10 il sonra insanlar geri baxmayacaq və soruşacaqlar: “Nə üçün partlayış 2020-ci ildə baş verdi?”. Ölkədə kütləvi işsizlik var, varlılar vergi güzəştləri və iqtisadi yardımlar sayəsində milyardlarla dollar gəlir əldə edir. Yer dağılmaq ərəfəsindədir və polis hər gün insanları öldürür. Xeyr, insanlar başqa bir sual verəcəklər: “Niyə əvvəl belə olmamışdı?”.

Cəsarətli, ancaq məğlubedilən

“Antifa” hətta bu hərəkat üzvlərinin belə ekstremist hesab etdiyi hərəkətlərə əl atmağa başlayıb. Ötən həftənin cümə axşamı axşam saatlarında Portlənddə bir qrup iğtişaşçı sərnişin avtobusunu mühasirəyə aldı və bir nəfəri yaraladı. Lakin sürücü son anda özünü və avtobusu hadisə yerindən uzaqlaşdıra bildi. Oklənddə bir hökumət binasını qoruyan iki federal polisin olduğu bir avtomobil atəşə tutuldu. Biri öldü, ikincisi ağır yaralandı. Ertəsi gün Sietldə maskalı “Antifa” yaraqlıları bir polis maşınından avtomat oğurladı, sonra isə onu atəşə tutdular.

Üsyanın bütün komponentləri bir məqsədə xidmət edir: iğtişaşlar iqtisadiyyatı məhv etmək və ölkədə anarxiya yaratmaq məqsədilə aparılır. Bütün bunlar ölkədə sabitliyin pozulmasına səbəb olur. Amerika cəsarətli və gözəldir, ancaq məğlubedilməz deyil.

0