Kiyev Məhkəməsi Dövlət Təhqiqatlar Bürosuna eks-prezident Pyotr Poroşenkonun məcburi qaydada ifadə verməyə cəlb olunması barədə qərar verib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Poroeşnko prezidentliyi dövründə ABŞ vitse-prezidenti Co Baydenlə telefon danışığının dinlənilməsi fakıtna görə, şahid ifadəsi verməil olacaq.
Onun ifadəsi iyunun 10-u, yerli vaxtla saat 11:00-da alınacaq. Buna qədər, Poroşenko məhkəmənin dəvətlərinə dəfələrlə qatılmayıb.
Ali Rada deputatı Andrey Derkaç Poroşenko ilə Bayden arasında danışıqların səs yazısını hüquq-mühafizə orqanlarına vermişdi. Həmin danışıqlar zamanı Baş prokuror Viktor Şokinin postunda çıxarılması müzakirə olunur.