ABŞ milyarderləri son üç ayda 500 milyarddan çox  qazanıblar

DÜNYA
09:33 / 05.06.2020
1240

Pandemiya başlayandan ABŞ milyarderlərinin sərvətləri 500 milyard dollardan çox artıb.

Trend-in məlumatına görə, bu barədə amerikan "Institute for Policy Studies" (siyasi tədqiqat institutu) qeyri hükumət təşkilatının hesabatında deyilir.

Varlananlar siyasında başda birbaşa onlayn satış və ya internet xidmətləri ilə əlaqədar sahibkar və şirkət təsisçiləri yer tutur.

Hesabatı hazırlayanlar qeyd edir ki, pandemiya sadə amerikalıların vəziyyətinə artıq dərəcədə neqativ təsir göstərib. Belə ki, daha əvvəl əmək nazirliyinin dərc etdiyi hesabatda son 11 ayda ABŞ-da işsizlik üzrə müavinat almaq üçün müraciətlərin sayı 42 milyonu keçib.

Eyni zamanda siyasi tədqiqat institutunun ekspertləri ABŞ-da milyarderlərin sərvətlərinin 565 milyard artdığını vurğulayır. Hazırda amerikan milyarderlərin əlində olan maddi sərvətlər 3.512 trilyon məbləğində dəyərləndirilir.

Bunların sırasında ilk üç yerə Jeff Bezos və keçmiş həyat yoldaşı Makkenzi Bezos (sərvətləri 36.2 və 12.6 milyard dollar artıb), "Facebook"un başçısı Mark Sukerberq (kapitalı 30.1 milyar dollar artıb) və Elon Mask (artım - 14.1 milyard dollar) qərarlaşıblar.

0