Həftəsonu küçəyə çıxma qadağası ləğv edildi - Türkiyədə

DÜNYA
13:29 / 05.06.2020
1064

“Ötən gecə 15 şəhərdə həftəsonu küçəyə çıxma qadağasının olacağı elan edilmişdi. Ancaq vətəndaşlarımızdan aldığımız dəyərləndirmələr bizi qərarı yenidən gözdən keçirməyə yönəltdi”.

BunuTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Beləliklə, prezident olaraq 15 şəhərimizi əhatə edən həftəsonu küçəyə çıxma qadağasını ləğv etmək qərarını verdim. Vətəndaşlarımızdan bu müddətdə maska, məsafə, təmizlik qaydalarına diqqətlə riayət etmələrini xahiş edirəm”, - o deyib. 

0