Braziliya ÜST-ü tərk edə bilər

DÜNYA
12:09 / 06.06.2020
1281

Braziliya Prezidenti Jair Bolsonaru Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) həddindən artıq ideolojiləşdirmədə günahlandırıb və ölkəsinin bu təşkilatı tərk edəcəyini bildirib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə prezident rəsmi iqamətgahının qarşısında jurnalistlərlə grüşündə deyib.

“Xəbərdar edirəm: Birləşmiş Ştatlar ÜST-ü tərk etdi və biz də gələcəkdə bunun mümkünlüyünə baxacağıq. Ya ÜST gələcəkdə ideoloji niyyətlər olmadan işləyəcək, ya da biz də çıxacağıq. Bizə insanların kənardan səhiyyə sahəsində nəyi edəcəyimizlə bağlı göstərişlər verməsi lazım deyil”, - deyə Bolsonaru qeyd edib.

0