Ruslar yeni snayper hazırlayırlar - Hədəfi 7 kilometrdən vuracaq

DÜNYA
19:27 / 06.06.2020
1546

Rus silah istehsalçıları tərəfindən atış mənzili 7 kilometrə çatan yeni snayper tüfəngi hazırlanır.

7 kilometr məsafədən hədəfi vura bilən DXL-5 tipli tüfəngdə artan kalibr və güc güllələri istifadə edilə bilir. Hazırda ən uzun məsafəli tüfəng olaraq qəbul edilən Sumrak snayper tüfənginin də istehsalçısı olan "Lobayev Arms"ın baş direktoru Vladislav Lobayev yeni tüfəng haqqında danışıb:

"Güvənli atış məsafəsi 3, maksimum məsafə 6-7 kilometr olan tüfəng üzərində işləyirik. Proyektin adını DLX-5 olaraq müəyyənləşdirdik. DLX-4 və DLX Vazmezdiye də bu ailəyə aiddir. Dünyanın snayper tüfəngi bazarında bu məsafəyə sahib olan bir tüfəng yoxdur. Onun gülləsi əvvəl istifadə etdiyimiz güllələrdən daha böyükdür və ilk sürətində fərqlilik göstərən tamamilə yeni bir məhsuldur. Ona görə də kalibr və digər detallarla bağlı bütün hər şeyi indidən açıqlamaq istəmirəm".

Qeyd edək ki,Sumrak snayper tüfənginin güvənli atış məsafəsi 2.5, maksimum məsafə isə 4.2 kilometrdir.

 

0
Yenisabah.az