Türkiyə 1 iyun tarixindən daxili uçuşlara start verdi. Hava limanlarında yeni dövrün yeni qaydaları tətbiq edilməyə başlanıldı..
Hava limanına onlayn bileti olmayan şəxslərin girişi qadağandır.
2019-cu ildə 15 milyondan çox turist qəbul etməklə rekord qıran Antalya İstanbuldan 700 kilometrlik məsafədə yerləşir.
Yazın ilk günlərindən turist qəbul etməyə başlayan bu şəhərdə daxili turizm mövsümü 1 iyun tarixindən başlayıb.
Küçələr boş qalsa da, çimərliklərdə qələbəlik var.
Qeyd edək ki, Antalya COVID-19-un ən az yayıldığı şəhərlərdən biridir. Hətta bu şəhər ən sonuncu yerdə gəlir. Rəsmilər sentyabra qədər Antalyaya 2,5 milyon turistin gələcəyini planlaşdırır.
Realtv.az