Rusiyanın ABŞ-dakı nümayişlər zamanı təxribatçılara dəstək verməsi barədə yayılan ittihamlar əsassızdır.
Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.
“İndi bizi səhnənin arxasında durmaqda günahlandırırlar, təxribatçılara yardım etdiyimizi deyirlər. Bütün bunlar axmaqlıqdır", - səfir vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın müxtəlif şəhərlərində Corc Floydun polis tərəfindən amansızcasına qətlə yetirilməsindən dolayı etiraz aksiyaları keçirilir.
Axar.az