İstanbulda bazarlar açılır

DÜNYA
21:15 / 08.05.2020
2359

İstanbulda koronavirus səbəbindən müvəqqəti olaraq bağlanan bazarlar yenidən fəaliyyətə başlayacaq.

Türkiyənin “Hürriyet” qəzeti xəbər verir ki, bu barədə şəhər valiliyi açıqlama yayıb. Bildirilir ki, karantin rejimi qaydaları çərçivəsində mayın 11-dən etibarən bazarların fəaliyyətinə icazə veriləcək. Bura geyim, oyuncaq, bəzək əşyaları, çanta və digər sahələr daxildir.

Şərtlərə əsasən, hər bir satış yeri arasında azı 3 metr məsafə olmalıdır.

3
Mənnbə: Qafqazinfo.az