Ağ Ev Vaşinqtona 10 min əsgər göndərilməsini tələb edir

DÜNYA
18:26 / 07.06.2020
1193

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsindən sonra ölkəni bürüyən etirazların qarşını almaq məqsədilə Ağ Ev Vaşinqtona 10 min əsgər göndərilməsini tələb edib.

Bu barədə CNN yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Bildirilib ki, Tramp administrasiyasının tələbinə baxmayaraq, ölkənin Müdafiə naziri Mark Esper və Baş Qərargah rəisi Mark Milli ordunun istifadəsinə qarşı çıxıb.

Tramp ilə gərgin keçən söhbət zamanı Mark Milli Vaşinqtonda əlavə hərbi qüvvəyə ehtiyac olmadığını dilə gətirib.

Məlumata görə, Esper paytaxta təxminən 1600 əsgər göndərsə də, ehtiyac olmadığından onlar ötən cümə axşamı şəhəri tərk ediblər.

0
Azvision.az